Azərbaycanda daha iki gənc qız itkin düşdü - Mağazaya getdilər...
11 mart 2020 09:09 (UTC +04:00)

Azərbaycanda daha iki gənc qız itkin düşdü - Mağazaya getdilər...

Gəncədə gənc qız itkin düşüb.

Lent.az-ın məlumatına görə, şəhərin 3-cü mkr ərazisində yaşayan 21 yaşlı Mahmudova Gülşən Elfaq qızı martın 10-da, səhər saat 9 radələrində evdən çıxaraq geri qayıtmayıb.

Bu barədə onun anası Zeynalova Kəmalə Sabir qızı Kəpəz Rayon Polis İdarəsinə ərizə ilə müraciət edib.

Faktla bağlı həmin idarədə araşdırma aparılır.

Digər itkin düşmə hadisəsi Bakının Lökbatan qəsəbəsində qeydə alınıb.

Qəsəbənin 1-ci massiv küçəsində yaşayan Vəliyeva Aydan Aydın qızı martın 10-da evdən mağazaya getmək adı ilə çıxıb və bir daha geri qayıtmayıb. Məlumatı onun anası, Vəliyeva Məlahət Şahmar qızı Qaradağ Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək bildirib.

Evdən çıxanda əynində sarı köynək, qara cins şalvar, boz ayaqqabı və qəhvəyi gödəkçə olub.
Əlamətləri: qara göz, qara uzun saçları, 130 sm boyu və orta bədən quruluşlu.

Hadisə ilə bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1468

Oxşar yazılar