Murad Dadaşov təyinatdan sonra ilk olaraq Tolikin VERİLİŞİNİ BAĞLADI
07 mart 2020 12:50 (UTC +04:00)

Murad Dadaşov təyinatdan sonra ilk olaraq Tolikin VERİLİŞİNİ BAĞLADI

Prodüser Tarix Əliyevin (Tolik) aparıcısı olduğu “Hər şey daxil” verilişi bağlanıb.

Lent.az-ın axşam.az-a istinadən verdiyi məlumata görə, buna ötən gün canlı yayımda Əməkdar artist Elza Seyidcahanla müğənnilər Manaf Ağayev və Mətanət Əsədovanın qalmaqalı səbəb olub.

İki gün öncə telekanalın rəhbəri vəzifəsinə təyin edilən Murad Dadaşov həmin buraxılışdan dərhal sonra iclas keçirib və verilişin bağlanmasına qərar verib.

Qeyd edək ki, dünənki proqram zamanı sənətçilər bir-birlərinə qarşı qeyri-etik ifadələr səsləndirib, televiziyaya uyğun olmayan söhbətlər aparılıb. Bu səbəbdən hətta efir yarımçıq dayandırılıb.

Məsələ ilə bağlı Tolik bildirib ki, bu barədə hələlik məlumatsızdır:

“Mənə heç bir şey deyilməyib. İndi iclasa gedirəm”.

# 9190
avatar

Oxşar yazılar