607
16:28
04 Mart 2020

Gürcüstanda qar uçqunu 3 turisti öldürdü

Gürcüstanın Svaneti rayonu ərazisində yerləşən Tetnuldi zirvəsində qar uçqunu baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Fövqəladə Halların İdarəetməsi Xidmətindən məlumat verilib.

Bildirilib ki, dağın zirvəsində olan 6 italiyalı turist uçquna düşüb.

Qarın altında qalan turistlərdən üçünün öldüyü bildirilir.