16:03
04 Mart 2020

“Azərsun Holdinq” kollektivi sosial qayğıya ehtiyacı olan insanları ziyarət edib

Ölkəmizin qeyri-neft sektorunun aparıcı şirkətlərindən olan və hər zaman xüsusi qayğıya ehtiyacı olan insalara həssaslıqla yanaşan "Azərsun Holdinq” öz ənənəsinə sadiq qalaraq qarşıdan gələn Novruz bayramı ilə əlaqədar müxtəlif sosial layihələr reallaşdırır.

Bu layihələr çərçivəsində Şirkətlər Qrupunun kollektivi Buzovna qəsəbəsindəki 1 saylı psixonevroloji sosial xidmət müəssisəsinin sakinlərini ziyarət edib. “Azərsun Holdinq” nümayəndələri burada müalicə alan insaları üçün ziyafət təşkil edib.

Mütəmadi olaraq bu cür layihələr həyata keçirən Şirkətlər Qrupunun belə tədbirləri təşkil etməyinin əsas məqsədi qayğıya ehtiyacı olan insanları sevindirmək, onların bayramı ən yüksək ab-havada qeyd etmələrinə şərait yaratmaqdır. sosial məsuliyyət prinsiplərini insanlara bir daha xatırlatmaqdır.

Qeyd edək ki, 1974-cü ildə yaradılan 1 saylı psixonevroloji sosial xidmət müəssisəsi Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir olunaraq bu ilin fevral ayında istifadəyə verilib. Yenidənqurma işlərindən sonra burada yaşayanların sağlamlığı və rahatlığı üçün müasir standartlara uyğun şərait yaradılıb.

Dİgər xəbərlər