Roza Zərgərli bu dəfə harasını əməliyyat etdirir? -  "Çoxdan olmalı idi"
04 mart 2020 12:23 (UTC +04:00)

Roza Zərgərli bu dəfə harasını əməliyyat etdirir? - "Çoxdan olmalı idi"

Müğənni Roza Zərgərli əməliyyat olunacaq.

Lent.az xəbər verir ki, ifaçı ayağındakı problemə görə cərrahiyyə masasına yatacaq. Əməliyyatda dörd peşəkar cərrah iştirak edəcək. Onlardan ikisi Türkiyədən dəvət olunub. Digər iki nəfər isə ölkəmizdəki peşəkar cərrahlardır.

Zərgərli bildirib ki, əməliyyat ayın 6-da keçiriləcək: "Uzun müddətdir ayağımda problem var. Bu ilk əməliyyat deyil. Kök hüceyrə transplantasiyası icra ediləcək. Ümid edirəm ki, yaxşı keçəcək. Həkimlər buna ciddi hazırlaşıblar. Əslində, çoxdan əməliyyat olunmalı idim. Amma işlərimin çoxluğundan vaxtı uzadırdım".

Qeyd edək ki, müğənni əvvəlcə bu ilin mayında İsraildə əməliyyat olunmalı və endoprotez qoyulmalı idi. Buna görə də müğənni iki dəfə plastik əməliyyat etdirib, çəkisini azaltdırıb.  

# 21729
avatar

Yalçın UĞUR

Oxşar yazılar