Tiflisdə Azərbaycan kinosu - TƏQDİMAT
04 mart 2020 10:28 (UTC +04:00)

Tiflisdə Azərbaycan kinosu - TƏQDİMAT

Tiflisdə “Mirzə Cəlilin Azərbaycanı” adlı sənədli filmin təqdimatı keçirilib.

Filmin rejissoru Tahir Əliyevin Lent.az-a verdiyi məlumata görə təqdimatı Azərbaycanın Gürcüstandakı səfirliyi və Mirzə Fətəli Axundov adına Mədəniyyət Muzeyi birgə təşkil ediblər.

Onu da deyək ki, “Mirzə Cəlilin Azərbaycanı” sənədli filmi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncamına əsasən çəkilib. Filmin çəkilişləri Azərbaycandan başqa  Gürcüstanın Tbilisi və Qori şəhərlərində səfirliyin dəstəyi ilə həyata keçirilib.  

# 1871
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar