390
06:56
04 Mart 2020

Ukrayna Ali Radası hökumət üzvlərinin əvəzlənməsinə baxacaq

Ukraynada Ali Rada Prezident Vladimir Zelenskinin təşəbbüsü ilə keçirilən təcili iclasda Baş Nazirin və bir neçə hökumət üzvünün əvəzlənməsinə baxacaq.

APA “TASS”-a istinadən xəbər verir ki, Nazirlər Kabinetinin yeni rəhbərinin Denis Şmıqal olacağı gözlənilir.

Zelenskinin təmsil etdiyi “Xalqın xidmətçisi” partiyasının parlament fraksiyasının iclasında parlament sədri Dmitri Razumkov Baş Nazir Aleksey Qonçarukun istefa məktubu yazdığını bildirib. Bundan sonra fraksiya onun tələbini çərşənbə günü parlament iclasında təmin etmək qərarına gəlib. Bundan sonra Zelenski Baş Nazir vəzifəsinə Baş Nazirin müavini Denis Şmıqalın namizədliyinin nəzərdən keçirilməsini və hökumətin sədri vəzifəsinə dəstəklənməsini təklif edib. Deputat Qalina Yançenkonun sözlərinə görə, fraksiya bu təşəbbüslə razılaşıb.

Yançenko onu da əlavə edib ki, Zelenski və Şmıqal çərşənbə günü Ali Radanın deputatlarına hökumətin yenilənmiş tərkibini təqdim edək. Ancaq hazırda onun tərkibi barədə tam məlumat yoxdur.