11:59
03 Mart 2020

“Onlara kömək edə bilmərəm” – Klopp


“Liverpul” klubunun baş məşqçisi Yurgen Klopp İngiltərə çempionatının 28-ci turunda “Uotford”a məğlubiyyətdən sonra (0:3) açıqlama verib.

Lent.az “The Guardian” nəşrinə istinadən xəbər verir ki, alman çalışdırıcı mərkəz müdafiəçisi Deyan Lovrenin tərəfini saxlayıb.

“Kimsə məğlubiyyətə görə Deyanı günahkar sayırsa, o insanlara heç cür kömək edə bilmərəm. Konkret situasiyaya baxmaq lazımdır. Bir müddət öncə Co Qomes də eyni problemlə üzləşmişdi. Bu, hər bir oyunçunun başına gələ biləcək hadisədir. Meydana gec-gec çıxanda səhvlər qaçılmazdır. Mən Deyanı çox bəyənirəm. O, əla mərkəz müdafiəçisidir”, - Y.Klopp bildirib.

Qeyd edək ki, D.Lovren 2014-cü ildən “Liverpul”un formasını geyinir.

Dİgər xəbərlər