Messiyə həmyerlisindən ağır tənqid: Toyuq kimi görünürdülər
02 mart 2020 18:06 (UTC +04:00)

Messiyə həmyerlisindən ağır tənqid: Toyuq kimi görünürdülər

 


Argentina yığmasının sabiq qapıçısı Uqo Qatti maraqlı açıqlama verib. 

Lent.az-ın məlumatına görə, 75 yaşlı veteran qolkiper “El-Klasiko”da uduzan (0:2) “Barselona” klubunun futbolçularını tənqid edib.

“Boka Xuniors”un keçmiş çərçivə qoruyucusu açıqlamasında həmyerlisi Lionel Messinin də oyununa toxunub: “Messi dünyanın ən yaxşı futbolçusudur, amma onu böyük oyunlarda görmək olmur. Üzgün siması var, komanda yoldaşlarına “cərəyan ötürmür”. Sanki Lionel keçmiş oyunçuya bənzəyir. Ümumiyyətlə, “Real”la görüşdə "Barselona"nın futbolçuları toyuq kimi görünürdü”.

Qeyd edək ki, “El-Klasiko” “Real”ın 2:0 hesablı qələbəsi ilə nəticələnib.

 

# 1200
avatar

Rizvan Babayev

Oxşar yazılar