
Mirzə Cəlil haqqında filmin premyerası olub

Nizami Kino Mərkəzində “Mirzə Cəlilin Azərbaycanı” adlı sənədli filmin premyerası olub.
Lent.az xəbər verir ki, tədbirdə filmin rejissoru Tahir Əliyev, ssenari müəllifi Nadir Bədəlov çıxış edərək ekran əsəri barədə fikirlərini bölüşüblər. Bildirilib ki, film Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm”də lentə alınıb.
Qeyd edilib ki, Cəlil Məmmədquluzadənin 150 illik yubileyi ilə əlaqədar lentə alınan filmin çəkilişləri ədibin dünyaya gəldiyi Naxçıvanda, Nehrəm kəndində, Ağcabədi rayonunda və Qori şəhərində aparılıb. Süjetlər əsasən Mirzə Cəlilin əsərlərinin motivləri və personajları üzərində qurulub. Filmə C.Məmmədquluzadə yaradıcılığının əsas hadisəsi olan “Molla Nəsrəddin” jurnalı ilə bağlı maraqlı faktlar da daxil edilib.
Diqqətə çatdırılıb ki, ekran əsərinin növbəti təqdimatı martın 3-də Gürcüstanda olacaq.
Sonra film nümayiş olunub.
Qeyd edək ki, filmin prodüseri Nazim Hüseynov, operatoru Elxan Rüstəmovdur.

Ramilə Qurbanlı
Oxşar yazılar

“Qarabağ şikəstəsi”ni dinləyib, döyüşə girirdilər... – VİDEO - FOTO
16 yanvar 2021 , 10:00
Şuşaya qayıtmaq haqqı... - FOTOLENT - YENİLƏNİB
15 yanvar 2021 , 12:43
“Yeralaş”ın bədii rəhbəri koronavirusdan vəfat etdi
15 yanvar 2021 , 00:34
ICESCO-dan təklif: "Şuşa İslam dünyasının mədəniyyət paytaxtı olsun"
14 yanvar 2021 , 17:24
“Nizami ili” ICESCO-da da qeyd ediləcək
14 yanvar 2021 , 16:55
Donald Trampın “Evdə tək -2” filmindən çıxarılması tələb olunur
14 yanvar 2021 , 14:58
Sürgündə sevgi, şahın ölümcül qəzəbi, Qalada ölən qalalı şairin nisgili... – Şəhid ziyalı
14 yanvar 2021 , 09:00
Əməkdar artist koronavirusdan vəfat etdi
13 yanvar 2021 , 19:21