1098
18:35
29 Fevral 2020

Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinə bu tarixdə baxılacaq

Azərbaycan Konstitusiya Məhkəməsi seçkilərlə bağlı iclasın vaxtını açıqlayıb.

Konstitusiya Məhkəməsindən APA -ya verilən məlumata görə, Azərbaycan Respublikası Milli Məclisinə keçirilmiş növbədənkənar seçkilərin nəticələrinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclası martın 5-də saat 10:00-a təyin edilib.