Mülki Müdafiə günü ilə bağlı məktəblərdə tədbir keçirilib - FOTOLENT
28 fevral 2020 17:49 (UTC +04:00)

Mülki Müdafiə günü ilə bağlı məktəblərdə tədbir keçirilib - FOTOLENT

FHN Bakı Regional Mərkəzi fevralın 28-də Səbail rayonu 132-134 nömrəli Təhsil Kompleksində “Ümumdünya mülki müdafiə günü”nə həsr olunmuş “Mülki müdafiə və hər bir evdə ilk yardım edən” mövzusunda nümunəvi tədbir keçirib.

Lent.az xəbər verir ki, tədbirdə FHN-in Bakı Regional Mərkəzinin əməkdaşları ilə yanaşı, Səbail rayon İcra Hakimiyyətinin və Qızıl Aypara Cəmiyyətinin nümayəndələri, Ərazi mülki müdafiə qüvvələrinin şəxsi heyəti və 132-134 nömrəli Təhsil Kompleksinin müəllim və şagird heyəti iştirak edib.

Nümunəvi tədbir zamanı Bakı Regional Mərkəzinin Xüsusi xilasetmə xidmətinin xilasediciləri tərəfindən xilasetmə texnika və avadanlıqları nümayiş etdirilib, onların təyinatı və iş prinsipləri barədə məlumat verilib.

Bundan əlavə tədbirə 12 ədəd müxtəlif təyinatlı avtomobil texnikası və 170 nəfər heyətlə cəlb olunmuş ərazi mülki müdafiə qüvvələrinə baxış keçirilib, texnika, əmlak və avadanlıqlar nümayiş etdirilib.

Praktik nümayişlərdən sonra mərkəzin əməkdaşları mülki müdafiə günü ilə bağlı baş tutan açıq dərslərdə iştirak etmiş, onlar tərəfindən mülki müdafiə günü və fövqəladə hallarla bağlı verilmiş suallar şagirdlər tərəfindən cavablandırılıb.

Qeyd edək ki, Bakı Regional Mərkəzinin əməkdaşları tərəfindən “1 Mart - Ümumdünya Mülki Müdafiə Günü” ilə bağlı paytaxtın digər məktəblərində, müxtəlif müəssisə və təşkilatlarda da tədbirlər təşkil olunmuş, əhalinin maarifləndirilməsi istiqamətinə fövqəladə hallarla bağlı davranış qaydaları barədə məlumatlar verilmiş, eləcə də xilasetmə texnika və avadanlıqları nümayiş etdirilib.

# 1278
avatar

Oxşar yazılar