Binanın zirzəmisi yandı, sakinlər təxliyə edildi
28 fevral 2020 16:17 (UTC +04:00)

Binanın zirzəmisi yandı, sakinlər təxliyə edildi

Bakının Sabunçu rayonunda yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, rayon ərazisində beşmərtəbəli yaşayış binasının zirzəmisinə yığılan taxta tullantıları 10 m² sahədə yanıb. Yanğın zamanı 8 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

# 1021
avatar

Mehman Nəbiyev

Oxşar yazılar