Azərbaycanda mədəni, kütləvi tədbirlərə məhdudiyyət qoyulur? - AÇIQLAMA
28 fevral 2020 12:19 (UTC +04:00)

Azərbaycanda mədəni, kütləvi tədbirlərə məhdudiyyət qoyulur? - AÇIQLAMA

"Azərbaycanda koronavirus təhlükəsi ilə əlaqədar mədəni tədbirlərin keçirilməsində heç bir məhdudiyyət yoxdur".

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət naziri Əbülfəs Qarayev deyib. 

Nazir sərhəd-keçid məntəqələrində gərəkli olan bütün yoxlamaların həyata keçirildiyini bildirib: "Əgər Azərbaycanda koronavirusun yayılması faktı aşkarlanarsa, sözsüz ki, mədəniyyət ocaqlarında kütləvi tədbirlərin keçirilməsi ilə bağlı müəyyən məhdudiyyətlər qoyula bilər. Amma mən bunun haqqında düşünmürəm, çünki hələlik buna əsas yoxdur. Düzdür, bu virus dünyada artıq geniş yayılıb, lakin ölkədə müvafiq dövlət qurumları tərəfindən müəyyən ölçülər götürülür və indiki halda kütləvi şəkildə məhdudiyyətlərdən danışmaq əsassızdır".

# 1919
avatar

Oxşar yazılar