1602
19:33
27 Fevral 2020

Koronavirus olduğunu xəbər verən mükafat alacaq

Qlobal koronavirus epidemiyasının mərkəzi olan Çində virusa qarşı mübarizə davam edir.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölkədə bu dəfə fərqli mübarizə üsuluna əl atılıb.

Belə ki, özündə koronavirus əlamətləri hiss etdikdə bu barədə həkimlərə məlumat verən şəxsə mükafat veriləcək.

Amma bunun şərtləri var. Mükafatı müayinə nəticəsi pozitiv çıxanlar ala biləcək. Nəticəsi müsbət çıxanlar 10 min yuan (2500 manata yaxın) pul alacaq.

Məqsəd əhalini təşviq etməkdir.

Virus daşıdığı iddiası ilə müraciət edən, ancaq hələlik xəstəlik daşımayanlar min yuan, şübhəli olanlar isə 2 min yuan alacaq.