13:31
27 Fevral 2020

"VAZ-2107" piyadanı vurub öldürdü

Qaxda piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Lent.az -a verilən xəbərə görə, hadisə fevralın 26-da saat 20 radələrində qeydə alınıb. Şəhər sakini X.Əhmədov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən həmyerlisi Məmmədəli Sultanovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Qax rayon Polis Şöbəsində araşdırma aparılır.

Dİgər xəbərlər