432
11:47
27 Fevral 2020

Koronavirusa görə Gürcüstanla sərhəddə gücləndirilmiş rejim tətbiq olundu

Qırmızı Körpü gömrük-sərhəd keçid məntəqəsi gücləndirilmiş iş rejiminə keçib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın İctimai telekanalı məlumat yayıb.

Bildirilib ki, gömrük-sərhəd keçid məntəqəsindən istifadə edən bütün şəxslər koronavirus təhlükəsi ilə əlaqədar yoxlanılır, yüksək bədən temperaturu müşahidə edilən vətəndaşlara isə Gürcüstan ərazisinə daxil olmağa icazə verilmir.

Gömrük-sərhəd keçid məntəqəsindən iki İran vətəndaşının isə ölkəyə buraxılmadığı bildirilir.