13:45
26 Fevral 2020

Koronavirus İranda 19 nəfəri öldürdü

İranda koronavirusdan ölənlərin sayı 19-a çatıb.

APA-nın xəbərinə görə, bu barədə İran dövlət televiziyası məlumat yayıb.

Qeyd edək ki, daha əvvəl İranda koronavirusdan 15 nəfərin öldüyü, 95 nəfərin isə koronavirusa yoluxduğu açıqlanıb.

İranın Səhiyyə nazirinin müavini İrəc Hərirçi də koronavirusa yoluxub.

Dİgər xəbərlər