Piyadanı öldürüb qaçan sürücü saxlanıldı
26 fevral 2020 09:54 (UTC +04:00)

Piyadanı öldürüb qaçan sürücü saxlanıldı

Bakının Xətai rayonunda piyada ölümü ilə nəticələnən yol qəzası baş verib.

Lent.az-ın məlumatına görə, fevralın 25-də, saat 06:45-də rayonun G.Mehmandarov küçəsində naməlum avtomobil 38 yaşlı Yeganə Hüseynovanı vuraraq, hadisə yerindən yayınıb. Nəticədə piyada Y.Hüseynova hadisə yerindəcə dünyasını dəyişib.

Hadisə ilə əlaqədar Xətai Rayon Polis İdarəsinin Cinayət-Axtarış idarəsi, Bakı şəhər BPİ-nin Dövlət Yol Polisi İdarəsi və 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi birgə əməliyyat tədbirləri nəticəsində qəzanı 57 yaşlı B.Babayevin törətdiyi müəyyən edilib. Həmin şəxs idarə etdiyi “Mercedes” markalı avtomobillə birgə saxlanılıb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

# 1039
avatar

Mehman Nəbiyev

Oxşar yazılar