Türkiyədə antik dövrə aid krallıq tapıldı
25 fevral 2020 19:38 (UTC +04:00)

Türkiyədə antik dövrə aid krallıq tapıldı

Antik dövrdə Türkiyə ərazisində mövcud olmuş krallığın izləri tapılıb

Lent.az bu ölkənin mediasına istinadla bildirir ki, Konya şəhərində fermer tərəfindən suvarma kanalından üzərində yazılar olan daş tapılmasından sonra bir neçə ölkənin arxeoloqları həmin əraziyə gəliblər. Türkiyə, İngiltərə və Çikaqo universitetlərinin arxeoloqları daşın üzərində yazılanların qədim Liviya dilində olduğunu müəyyən ediblər. Aparılan araşdırmalar zamanı soldan-sağa, sağdan-sola oxuna bilən Liviya dilindəki sözlər sayəsində eradan əvvəl 1440 və 600-cü illərdə mövcud krallıq aşkar edilib.

Alimlər həmin yeni tapılan krallığın paytaxtı olan şəhərin Türkiyənin tunc dövrü və erkən dəmir dövrünə aid ən böyük antik şəhəri ola biləcəyini istisna etməyiblər. Daşın üzərindəki yazılarda isə qonşu krallığın fəth edilməsindən bəhs edildiyi öyrənilib.

Bundan başqa arxeoloqlar aparılan araşdırmaların və tapıntıların hələ ilk olduğunu, kəşflərin davam edəcəyini də bildiriblər.

# 1713
avatar

Mehman Nəbiyev

Oxşar yazılar