Bakıda dəhşətli  FACİƏ: sevgilisinin dalınca özünü dənizə atdi - YENİLƏNİB-2
25 fevral 2020 13:39 (UTC +04:00)

Bakıda dəhşətli FACİƏ: sevgilisinin dalınca özünü dənizə atdi - YENİLƏNİB-2

Bakıda sevgililərin qovuşmasına razılıq verilməməsi sonda ölümlə nəticələnib.

Lent.az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu gecə saat 2 radələrində bir nəfərin Bakı bulvarında dənizə düşməsi barədə yayılan rəsmi açıqlamanın detalları məlum olub.

Sabirabad rayonu, Qardaşlı kənd sakinləri olan Balahüseyn Məmmədov və Günel Rzazadə bir-birlərini seviblər.

Lakin ailələr onların birlikdə olmasına razı olmayıb. Buna görə də cütlük Bakıda bulvarda görüşüb.

Əvvəlcə Günel Rzazadə intihar etmək məqsədilə özünü dənizə atıb. Sevgilisini xilas etmək istəyən Balahüseyn Məmmədov da onun arxasınca özünü suya atıb. G.Rzazadə suda boğularaq vəfat edib. B.Məmmədovu xilasedicilər sudan sağ çıxarıb.

***

Saat: 12:39

Bakıda qız və oğlan dənizə düşüb.

Lent.az-ın məlumatına görə, hadisə Dənizkənarı Milli Parkda qeydə alınıb. Sabirabad sakini, 26 yaşlı  Günel Müğdət qızı Rzayeva intihar məqsədi ilə özünü dənizə atıb. Bu zaman qızımn yanında olan sevgilisi, 25 yaşlı Balahüseyn Zöhrab oğlu Məmmədov onu xilas etmək üçün dənizə atlayıb. 

Dənizkənarı Bulvar İdarəsinin əməkdaşları oğlanı xilas edərək sudan çıxarıblar. Qızın axtarışları isə davam etdirilir.

Faktla bağlı Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

***

saat 09:55

Bakıda bir nəfər dənizə düşüb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, Səbail rayonunda, Dənizkənarı Milli Park ərazisində 1 nəfər dənizə düşüb. Hadisə yerinə Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub. Əlavə məlumat veriləcək.

# 3965
avatar

Mehman Nəbiyev

Oxşar yazılar