19:57
23 Fevral 2020

“Qarabağ” qalib gəlib, paytaxt klubları heç-heçə edib

Azərbaycan Premyer Liqasında XVIII tura yekun vurulub.

Apasport.az saytının məlumatına görə, turun son günündə iki matç keçirilib.

Hər iki oyun Bakıda baş tutub. Öncə iki paytaxt təmsilçisi – “Sabah”la “Səbail” üz-üzə gəlib. Meydan sahibləri qarşılaşmanın 15-ci dəqiqəsindən azlıqda qalıb. Lakin Aftandil Hacıyevin yetirmələri bu üstünlükdən yararlana bilməyiblər.

Tura son çempion “Qarabağ” və Ağdam təmsilçisini cari mövsümdə məğlub edən yeganə komanda “Sumqayıt” arasında görüşlə yekun vurulub. Matçın taleyini Mahir Emrelinin ikinci hissədə vurduğu qol həll edib. Bu qol Mahirə bombardirlər yarışında liderə şərik olmaq imkanı verib.

Qeyd edək ki, turun ilk günündə “Neftçi” səfərdə “Qəbələ”yə 2:0, “Keşlə” evdə “Zirə”yə 4:0 hesabı ilə qalib gəlib.

Azərbaycan Premyer Liqası
XVIII tur
23 fevral (bazar)
16:00. “Sabah” – “Səbail”- 0:0
Qırmızı vərəqə:
Yevgeni Koçuk, 15
Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Elşad Abdullayev, Rəhim Həsənov
“Sabah”: 1. Saşa Stamenkoviç (k), 5. Kərim Diniyev, 27. Məqsəd İsayev, 17. Məhəmməd Mirzəbəyov, 4. Bəhlul Mustafazadə, 13. Filip İvanoviç, 30. Mario Marina, 20. Yevgeni Koçuk, 18. Xulio Sezar Rodriqez, 26. Ozan Can Kökcü, 11. Şakir Seyidov
Ehtiyat oyunçular: 71. Dmitro Bezruk, 10. Cavid İmamverdiyev, 6. Vadim Abdullayev, 19. Təmkin Xəlilzadə, 32. Rəşad Eyyubov, 7. Coşqun Diniyev, 77. Cavid Tağıyev, 99. Ramil Şeydayev, 23. Amadu Diallo, 2. Elçin Mustafayev, 38. Arsen Ağcabəyov
Baş məşqçi: Jelko Sopiç

“Səbail”: 1. Aleksandr Rıbka, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev (k), 34. Urfan Abbasov, 55. Adil Nağıyev, 9. Mirsahib Abbasov, 11. Rauf Əliyev, 10. Maykl Esyen, 21. Eriko da Silva, 27. Hendrik Ekşteyn, 19. Ruslan Hacıyev
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 29. Şahin Zəkiyev, 88. Orxan Qurbanlı, 4. Eltun Yaqublu, 26. Kamal Qurbanov, 7. Fəhmin Muradbəyli, 17. Elçin Rəhimli, 8. Lema Mabidi, 30. Murad Qayalı, 77. Ədilxan Qarəhmədov, 97. Bahadur Həziyev, 79. Əli Sadıxov
Baş məşqçi: Aftandil Hacıyev
“Bank Respublika Arena”

18:00. “Qarabağ” – “Sumqayıt” - 1:0
Qol:
Emreli, 49
Qırmızı vərəqə: Emreli, 90+3
“Qarabağ”: 12. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev, 2. Qara Qarayev, 14. Rəşad Sadıqov (k), 55. Bədavi Hüseynov, 11. Mahir Emreli, 8. Markos Madera, 17. Abdullah Zubir, 19. Filip Ozobiç, 9. Xayme Romero, 71. Toral Bayramov
Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 94. Nicat Mehbalıyev, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 7. Araz Abdullayev, 99. Maqaye Qeye, 23. Faysal Rerras, 27. Kvabena Ovusu, 21. Hacıağa Hacılı, 18. İsmayıl İbrahimli, 24. Nihad Tamazov, 29. Musa Qurbanlı
Baş məşqçi: Qurban Qurbanov

“Sumqayıt”: 1. Mehdi Cənnətov , 97. Xəyal Nəcəfov, 46. Aleksey İsayev, 4. Şəhriyar Əliyev (k), 14. Elvin Bədəlov, 90. Rəhim Sadıxov, 10. Əmir Ağayev, 8. Peyman Babayi, 5. Camaladdin Xocaniyazov, 18. Süleyman Əhmədov, 44. Elvin Cəfərquliyev
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 2. Rail Məlikov, 22. Sərtan Taşqın, 6. Vüqar Mustafayev, 9. Amil Yunanov, 50. İlqar Qurbanov, 70. Mehdi Şərifi, 20. Rüfət Abdullazadə, 28. Səbuhi Abdullazadə
Baş məşqçi: Ayxan Abbasov
Hakimlər: Rəvan Həmzəzadə, Vüqar Bayramov, Cavanşir Yusifov, Orxan Məmmədov
Tofiq Bəhramov adına Respublika Stadionu

1

Qarabağ

18

12

5

1

32-7

41

2

Neftçi

18

9

6

3

28-13

33

3

Keşlə

18

8

5

5

25-17

29

4

Sumqayıt

18

6

4

8

22-25

22

5

Zirə

18

5

5

8

21-34

20

6

Sabah

18

5

5

8

19-23

20

7

Səbail

18

5

4

9

14-26

19

8

Qəbələ

18

3

4

11

18-34

13

Bombardirlər: Stiven Monroz ("Neftçi"), Mahir Emreli ("Qarabağ") - 7 qol, Lorenzo Frutos ("Keşlə"), Peyman Babayi ("Sumqayıt"), Baqali Dabo ("Neftçi") - 6 qol

Dİgər xəbərlər