Xəstəliyin 3 səbəbi
23 fevral 2020 09:10 (UTC +04:00)

Xəstəliyin 3 səbəbi

Ayurveda fəlsəfəsinə əsasən, (Ayurveda qədim Vedik fəlsəfəsinin (klassik Şərq fəlsəfəsi) bir hissəsi-red.) xəstəliyin yaranmasının 3 əsas səbəbindən birincisi və ən əsası müdrikliyin olmamasıdır. Daha dəqiq desəköz müdrikliyini görməzdən gəlmək, öz mənəviyyatına əks davranmaqdır. Bu o deməkdir ki, insan hormoniyada yaşamağı bilmir, bacarmır və mənəvi dəyərlərlərdən uzaqdır. Biz təbii harmoniyanı - özümüzü, təbiəti, kainatı və ən əsası da daim və tam olan gerçəyi anlamırıq. Öncə bu, ağlın dumanlı, bloklanmış olmasından qaynaqlanır (cahillik, hirs və rəqabət hissi).

Ayurvedaya görə, 3 quna mövcuddur ki, (sattva, radjas, tamas) bunu kainatda var olan hər şeyə şamil etmək olar. Bu qunaların hər biri gərəklidir. Məsələn, tamas yoxedici, məhvedici enerjini təmsil edir. Düşünə bilərik ki, bu çox bərbad enerjidir, ancaq düşünün ki, kainatda heç nə məhv olmasaydı, yox olmasaydı nə baş verərdi? Enerji axını dayanardı. Biz bilirik ki, enerji dairəvi olaraq dövran edir-yaranma və saxlanma, sonra isə parçalanma, yox olma və sonra təkrar dairəvi olaraq yaranma. Dünyada hər şey material həyatın qunaları ilə əlaqəli şəkildə  inkişaf edir.

Sattva-dəstək, bütünü qorumaq enerjisidir, radjas-yaratma enerjisidir, tamas isə yox etmə, parçalama enerjisidir.

-Zehində (ağılda) radjasın və ya tamasın olması onun tamlığın pozur. Belə ki, ağlın təbiəti saf sattvadır, bu haldan  istənilən kənara çıxma psixoloji və fiziki pozğunluğa səbəb olur. Sattva kəlməsinin mənası təmiz, aydın dəməkdir.

Ağlın təbii halı-aydınlıqdır. Bizim ağlımız ancaq onun tam sakitliyində aydın ola bilər. Radjasda o gərginləşir, aktivləşir və material arzularla qidalanır və bunun nəticəsi olaraq hirs, öfkə, qısqanclıq, şəhvət hisləri artır. Tamasda ağıl inertdir, keylik, donuqluq mövcuddur bu da dünyanı dərk etmədəki yanlışlığa səbəb olur.

Sattva qunasının xüsusiyyətləri xeyirxahlıq, yaradıcılıq, sakitlik, tarazlıq, ahəng, məmnuniyyət hissidir. Sattva balans və ahəngdir. Bu, özlüyündə enerjilər arasındakı balans və stabillikdir. Məsələn, sürücü maşını idarə edərək lazım olan məqsədinə doğru hərəkət edir (bu, enerjidir).

Yol hərəkət qaydalarına riayət edərək o, stabil və sakit, heç bir yerə diqqətini dağıtmadan qoyduğu məqsədinə heç bir cərimə və ya qəza törətmədən çatır .

Sattvada olan insanlar öz qarşılarına məqsəd qoyur və sakit, diqqətini dağıtmadan ona nail olur. Bu isə ona görə baş verir ki, sattvada ağıl tərəddüdsüz, sakit və yönlənmiş olur. Nə zaman ağıl bu vəziyyətdə olursa, düşüncələr dağılmadan enerjili və stabil məqsədinə doğru irəliləyir. Bu zaman görülən iş tez, effektli və asan olur.

Satvada insan hər zaman məmnuniyyət, xoşbəxtlik hissi icərisindədir. Pozitiv düşünür, həyatın problemlərini bədbəxtlik və ya cəza kimi dəyərləndirmir. O, bu problemlərin səbəbin axtarmağa çalışır, onları həll edir və bundan hansısa dərs çıxarır, təcrübə əldə edir. Əgər o xəstələnirsə xəstəliyi basdırmağa və ya başqaların günahlandırmağa çalışmır, əksinə xəstəliyin səbəbin tapır, onunla işləyir və özünü şəfalandırır.

Sattva-gərginlik və sakitliyin balansıdır. Müasir insanda əsasən gərginlik dominantlıq təşkil edir ki, bu da periodik olaraq gücsüzlüyə, yorğunluğa səbəb olur. Məsələn, gərgin keçən iş günündən sonra evə gəlirsiniz və tam gücsüz şəkildə uzanırsınız. Bu, sattvadan çox uzaqdır. Bu insan radjasın aktivliyi ilə həddindən artıq əldən düşərək tamasa düşür ki, dincəlsin.

Satvada (məmnuniyyət qunası) ağıl aydın görür, çiçəklənir. Bu ağlın ideal vəziyyətidir. Aydın, konsentrə olunmuş, sakit.

Təsəvvür edin ki, ağıl - ətrafında ağac bitən və insan olan göldür. Gölün  suyu sakit və təmizdir və bu ona əks olunanı aydın  göstərir. Əks aynada olduğu kimi aydın görünür. Bu gölün səthi bizim dünyamızın əksini deformasiya etmədən əks etdirir. Belə gölə baxarkən, biz ətrafda olan hər şeyi həqiqətdə olduğu kimi görürük. Bu aydınlıq  satva qunadır, hansı ki, bizim ağlımızın təbii halıdır. Eynən bu göl kimi o da təbiət etibarilə təmizdir.

Ağıl sakit və tarazlıqda olduqda insan “burada və bu an”da (öz düşüncələri ilə keçmişə və ya gələcəyə uçmadan) olur və onda əks olunan reallıq reallığın özü ilə eynidir. İnsan ətraf mühiti doğru dərk edir, deformasiya olunmadan və yanlış konsepsiyasız. Onun ağlı təmiz və sakitdir, gərəksiz arzular, ideyalar və qorxulardan uzaqdır.

Ona görə də o reallığı əks etdirir. Belə halda insan situasiyanı aydın dəyərləndirir və doğru qərarlar verir. Ona görə də sattva - özlüyündə işıqdır, aydınlıq enerjisidir.

2. Xəstəliyin ikinci səbəbi-kala parnima adlandırılır, mənası zamanın nə olduğun düzgün anlamamaqdır. Zamanın önəmli gücünü dəyərləndirməmək-kala parnimadır.

Təbii fiziki və psixiki halların yaranmasının zamanla qanunauyğunluğunu bilmək və nəzərə almaq lazımdır. Məsələn, yuxu rejiminin qorumaq, yemə saatlarının sutkanın hansı saatında doğru olduğunu bilmək və riayət etmək kimi. Fəsilləri, ömrün etaplarını (uşaqlıq, gənclik, yaşlılıq) nəzərə almaq vacibdir. Bəzən sadəcə, yuxu rejimini tənzimləyərək illərlə əziyyət çəkilən xəstəlikdən qurtulmaq olar.

3. Xəstəliyin Ayurvedaya görə üçüncü əsas səbəbi asakmi-indriyatxa-samyoq adlanır. Mənası belədir: Xəstəlik o zaman yaranır ki, hiss orqanlarımızla (qoxu, görmə, dad, eşitmə və taktil ) hisslər, hisləri yaradan obyekt yanlış şəkildə  kontakt edir.

Məsələn, çox yüksək səslə musiqi dinləmək və ya həzz aldığımız üçün lazım olandan çox yemək...

Öz ağlımızı anlamaq və onu sakitləşdirmək üçün onu sadəcə, kənardan izlər kimi izləmək lazımdır. O zaman onun təsiri altına düşməməyi, mənasız yerə gərginləşməməyi öyrənəcəyik. Özünüzü bədəninizlə izləyin, amma onunla məhdudlaşdırmayın. Biz öz bədənimizdə yerləşirik, sürücü maşında olduğu kimi. Maşın (bədən) bizim alətimizdir, biz deyil.

 

Arzu Yusifova-Hepatoloq-qastroenteroloq

# 2101
avatar

Oxşar yazılar