1308
14:51
21 Fevral 2020

Bəxtiyar Hacıyevin şikayəti təmin edilmədi

Bakı Apelyasiya Məhkəməsində 29 saylı Səbail Seçki Dairəsindən deputatlığa namizəd Bəxtiyar Hacıyevin seçkinin nəticələrinin ləğv edilməsi ilə bağlı müraciətinə baxılıb.

APA-nın məlumatına görə, keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, Bəxtiyar Hacıyevin müraciəti təmin edilməyib və MSK-nın qərarı dəyişdirilmədən saxlanılıb.

Mərkəzi Sseçki Komissiyası bir müddət əvvəl Bəxtiyar Hacıyevin şikayətinə baxıb. Şikayət əsasında 6 məntəqənin nəticəsi ləğv edilib. Qərarla razı olmayan Bəxtiyar Hacıyev məhkəməyə müraciət edib.

29 saylı Səbail Seçki Dairəsindən lider namizəd Nigar Arpadaraidir.