Liqa 1-də ən yaxşı seçildi - Neymar
21 fevral 2020 13:12 (UTC +04:00)

Liqa 1-də ən yaxşı seçildi - Neymar

 

Fransa Liqa1-də yanvar ayının ən yaxşı futbolçusu açıqlanıb.

Apasport.az saytının məlumatına görə, PSJ-nin hücumçusu Neymar bu ada layiq görülüb.

Peşəkar Futbolçular Assosiasiyasının apardığı sorğunun nəticəsində Neymar yanvarın ən yaxşısı mükafatını alıb. Braziliya millisinin üzvü ötən ay ərzində iştirak etdiyi 3 oyunda 5 qola imza atıb.

 

Qeyd edək ki, Neymar cari mövsüm meydana çıxdığı 14 oyunda 13 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.

# 1642
avatar

Oxşar yazılar