Azərbaycanla sərhəddə koronavirus TƏHLÜKƏSİ: tədbirlər görülür - RƏSMİ
20 fevral 2020 12:37 (UTC +04:00)

Azərbaycanla sərhəddə koronavirus TƏHLÜKƏSİ: tədbirlər görülür - RƏSMİ

“İranda aşkarlanan koronavirus təhlükəsinə görə sərhəddə profilaktik tədbirlər yüksək səviyyədə həyata keçirilir”. 

Bunu APA-ya açıqlamasında Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Natiq Axundov bildirib. 

İdarə rəisi qeyd edib ki, koronavirus təhlükəsi yaranandan bütün sərhəd-keçid məntəqələrində gücləndirilmiş iş rejimi tətbiq olunur, profilaktik tədbirlər görülür: “Hazırda nəinki İranla sərhəddə, ümumiyyətlə bütün sərhəd-keçid məntəqələrində avtomobillər dezinfeksiya olunur, termovizorlar vasitəsilə insanların hərarəti ölçülür. Şübhəli vəziyyət olanda həmin şəxslər aidiyyəti üzrə təhvil verilirlər”. 

# 1453
avatar

Oxşar yazılar