Brilliantdan Faiq Ağayevə AĞIR SÖZLƏR - NƏLƏR DEMƏDİ
20 fevral 2020 10:08 (UTC +04:00)

Brilliantdan Faiq Ağayevə AĞIR SÖZLƏR - NƏLƏR DEMƏDİ

Xalq artistləri Brilliant Dadaşova ilə Faiq Ağayev arasında qalmaqal yenidən alovlanıb.

Lent.az-ın məlumatına görə, F.Ağayev aparıcı Murad Arifin “Youtube” layihəsində qonaq olan zaman B.Dadaşova barəsində dediyi sözlər cavabsız qalmayıb.

Murad F.Ağayevi dürüst, doğru və məntiqli yol göstərən kimi təqdim edib. Bu fikirlər daha çox B.Dadaşovanın xoşuna gəlməyib: “Dürüst və doğru? (gülür) ... Özünü videoya çəkən, bunu da nədənsə onunla əlaqəsi olmayan Brilliantın boynuna atan dürüst! Canım Murad, dürüstlük dünyadakı haqqını halal etməz, günahdır.

Murad, parlamentdə vaxtı ilə böyük Rəşid Behbudov oturub. Səndən nədənsə dürüstlük gözləyənlərin ümidlərini qırma. Xalq doğrudanmı cılızlaşdırılır? Allah xalqa kömək olsun!”.

Brilliant Dadaşova daha sonra F. Ağayevin ona böhtan atdığını iddia edib: “Acıq vermək üçün şəxsən özünün çəkdiyi videonu ortaya çıxardı. Amma nədən şər-böhtan ataraq videonun yayılmasını mənim üstümə atdı? Bu hələ də sual altındadır. Bu dünyada və mütləq məhşərdə böhtanın cəzası çox ağırdır”.

Qeyd edək ki, F. Ağayev aparıcı Murad Arifin “Flora Kərimovanın, yoxsa Brilliant Dadaşovanın sənəti?” sualına belə cavab vermişdi: “Sən nə danışırsan? Təbii ki, Flora Kərimova. Müqayisəolunmaz bir şeydir. Biri əsrlər boyu qalacaq, o biri bir azdan yaddan çıxacaq”.

# 4479
avatar

Oxşar yazılar