1664
18:19
19 Fevral 2020

Dairə Seçki Komissiyasının sədri vəfat etdi

64 saylı Sabirabad ikinci seçki dairəsinin sədri vəfat edib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, uzun müddət ağır xəstəliklərdən əziyyət çəkən, 64 saylı Sabirabad ikinci seçki dairəsinin sədri Şükür Ələkbər oğlu İmanov yaşadığı Sabirabad rayonu Nərimankənd kəndində dünyasını dəyişib.

Qeyd edilir ki, 65 yaşlı Şükür İmanov böyrək çatışmazlığından əziyyət çəkirmiş. Bir il əvvəl ona bacısının böyrəyi köçürülüb. Eyni zamanda kardioloji problemi və ağır diabet xəstəsi olan DSK sədrinin son bir neçə gündə orqanizmi müalicələrə tabe olmadığından komatoz vəziyyyətə düşüb və süni nəfəs aparatına qoşulub.

Bakıdakı xəstəxanalardan birində müalicə alan Ş.İmanov yaxınlarının xahişi ilə yaşadığı evə aparılıb və fevralın 19-da dünyasını dəyişib.