“Real”ın futbolçusu Almaniyada qalmaq istəyir
19 fevral 2020 18:01 (UTC +04:00)

“Real”ın futbolçusu Almaniyada qalmaq istəyir

 


Transfer hüququ Madrid “Real”ına məxsus olan, icarə əsasında Dortmund “Borussiya”sında çıxış edən Əşrəf Hakimi gələcək karyerası ilə bağlı açıqlama verib.

Lent.az-ın məlumatına görə, müdafiəçi Almaniyada qalmaq istəyini gizlətməyib.

“İyunun sonunda “Borussiya”dakı icarə müddətim başa çatacaq. Bundan sonra “Real”a qayıtmalı olacağam. Ancaq hər şey mümkündür. Hadisələrin necə cərəyan edəcəyini bilmək üçün yayı gözləmək lazımdır. İndiki məqamda məni çox oynamaq və özümü inkişaf etdirmək maraqlandırır. Almaniyada bu imkanı əldə edə bilirəm. “Real”a qayıtsam, oyun təcrübəsi baxımından problemlə üzləşə bilərəm”, - Ə.Hakimi bildirib.

Qeyd edək ki, 21 yaşlı mərakeşli futbolçu 2018-ci ildən “Borussiya”da icarədədir.

# 2308
avatar

Rizvan Babayev

Oxşar yazılar