Namizəd olmaq ona bu hüququ vermir - MSK sədri
19 fevral 2020 17:49 (UTC +04:00)

Namizəd olmaq ona bu hüququ vermir - MSK sədri

“Namizəd olmaq heç kəsə qanunu pozmaq hüququ vermir”.

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 29 saylı Səbail Seçki Dairəsindən namizədliyi qeydə alınan Bəxtiyar Hacıyevin bir neçə gün əvvəl MSK-nın qapısını kəsərək, içəri keçmək istəyənlərə mane olmasına münasibət bildirərkən deyib.

“Heç kəs MSK-nın qapısını bağlayıb insanları içəri buraxmamaq hüququna sahib deyil. Bu cür məsələləri səsləndirmək lazımdır. Namizədlər də Seçki Məcəlləsinin tələblərinə uyğun hərəkət etməlidirlər”, - deyə o qeyd edib.

# 1019
avatar

Oxşar yazılar