47 saylı dairənin 3 məntəqəsində səsvermənin nəticələri etibarsız sayıldı
19 fevral 2020 17:11 (UTC +04:00)

47 saylı dairənin 3 məntəqəsində səsvermənin nəticələri etibarsız sayıldı

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 47 saylı Mingəçevir Seçki Dairəsindən qeydə alınan Yusibov Qurbanəli və Salamov İbrahimin şikayətinə baxılıb.

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının üzvü Bəxşeyiş Əsgərov bildirib ki, şikayətçilər öz müraciətlərində təqdim etdikləri 3 videogörüntü ilə 14 seçki məntəqəsinin nəticələrini mübahisələndirib: “Araşdırma nəticəsi olaraq yalnız 9, 17 və 21 saylı seçki məntəqələrində səsvermənin nəticələrinin seçicilərin iradəsini əks etdirmədiyi məlum olub. Digər seçki məntəqələrində isə müraciət edənlərin iddiaları əksini tapmayıb”.

MSK müraciəti müzakirəyə çıxarıb və şikayətin qismən təmin edilməsi ilə bağlı qərar qəbul edilib. Qərarda 9, 17, 21 saylı seçki məntəqələrində səsvermənin nəticələri etibarsız sayılıb.

# 1223
avatar

Oxşar yazılar