2100
14:27
19 Fevral 2020

Koronavirus bir ailəni məhv etdi

Çinli kino rejissoru Çan Kay, onun bacısı, atası və anası koronavirusdan ölüblər.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, 55 yaşlı kino rejissoru Uhan şəhərində olub. Məlumata görə, xəstəliyə əvvəlcə ata Çan yoluxub. Bu, yanvarda baş verib. Rejissor atasını xəstəxanaya yerləşdurmək istəyib, lakin bütün tibb müəssisələri ağzınacan dolu olduğundan bu mümkün olmayıb. Ehtimala görə, o, bütün ailə üzvlərini koronavirusa yoluxdurandan sonra yanvarın 28-də vəfat edib.

Bir neçə gün sonra rejissorun anasını da ölüb. Çan bundan sonra özünün də virusa yoluxduğunu hiss edib.

Çan fevralın 14-də ölüb, bundan bir neçə saat sonra bacısı da dünyasını dəyişib. Kino rejissorunun həyat yoldaşı isə ağır vəziyyətdədir.

Çan Kay Uhandakı “Hubei Film Studios” kino studiyasında rejissor və prodüsser işləyirdi.

Fevralın 19-na olan məlumata görə, koronavirusdan ölənlərin sayı 2004 nəfərə çatıb. Virusa yoluxanların isə 74 min nəfəri keçdiyi bildirilir.