Yol qəzası ölümlə nəticələndi - YENİLƏNİB
18 fevral 2020 19:50 (UTC +04:00)

Yol qəzası ölümlə nəticələndi - YENİLƏNİB

Gəncədə baş verən yol qəzasında ölən və yaralananlardan birinin kimliyi məlum olub.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, qəza nəticəsində Hüseynov Ramin Famil oğlu ölüb.

Qəza zamanı xəsarət alanlardan birinin şəxsiyyəti müəyyənləşib. O, Həsənov Səbuhi Akif oğludur. 

Yaralılar xəstəxanaya yerləşdirilib.  

 

***

saat 18:32

Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, hadisə Gəncə İdman Kompleksinin qarşısında qeydə alınıb.

İlkin məlumata görə, iki minik avtomobilinin toqquşması nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.  

# 1826
avatar

Oxşar yazılar