İLK DƏFƏ: Putin xüsusi təyinatlı atasından danışdı – FOTO
18 fevral 2020 13:41 (UTC +04:00)

İLK DƏFƏ: Putin xüsusi təyinatlı atasından danışdı – FOTO

Rusiya Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Dəstəsinin yaradılmasının onuncu ildönümü münasibətilə təşkil olunan konsertdə Prezident Vladimir Putin ilk dəfə olaraq atası haqqında danışıb. 

Lent.az-ın Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, prezident bildirib ki, II Dünya Müharibəsi illərində atası xüsusi təyinatlılar dəstənin tərkibində döyüşə gedib.

Putin müharibə illərdən danışarkən qeyd edib ki, o zaman hərbi birləşmələrin tərkibində xüsusi təyinatlı dəstələr yaradılırdı: “Yeni yaranan dəstələrdə ölüm halları həddindən artıq çox olurdu. Çünki ilkin mərhələdə hazırlıqsız və tələb olunan xüsusi silahların olmaması buna imkan verirdi”. 

Məhz bu səbəblərdən atasının daxil olduğu 28 nəfərlik dəstədən yalnız dörd nəfər geri dönüb.

Lakin Putin onu da vurğulayıb ki, heç bir şübhə yoxdur ki, bu gün Rusiya Xüsusi Təyinatlıları çox peşəkardır – onlar verilən tapşırıqları tam və keyfiyyətlə yerinə yetirirlər.

# 36873
avatar

Oxşar yazılar