Almaniyada "Naxçıvan" klubu fəaliyyətə başladı
17 fevral 2020 12:03 (UTC +04:00)

Almaniyada "Naxçıvan" klubu fəaliyyətə başladı

 

Almaniyanın Köln şəhərində Azərbaycan futbol klubu fəaliyyətə başlayıb.

Apasport.az saytının məlumatına görə, bir müddət öncə yaradılan “Naxçıvan-Köln”ün təqdimat mərasimi təşkil olunub.

Klubun bazasında baş tutan tədbirdə Türkiyə və Azərbaycanın idman sahəsində işbirliyinin önəmi vurğulanıb. “Naxçıvan-Köln”ın prezidenti Aydın Karaca Almaniyada yeganə Azərbaycan komandasının fəaliyyətə başlamasından məmnunluğunu ifadə edib. O, əsas məqsədlərinin uşaq futboluna diqqət ayırmaq və səviyyəli gənc oyunçular yetişdirmək olduğunu söyləyib.

Dünya Azərbaycanlıları Assambleyasının rəhbəri və “Naxçıvan-Köln” klubunun vitse-prezidenti Rəşad Qulilyev Avropada Azərbaycanın futbol klubu olmadığı üçün bu qərarı verdiklərini bildirib.

# 1713
avatar

Oxşar yazılar