Bu rayonda 4 nəfəri it dişlədi
17 fevral 2020 10:06 (UTC +04:00)

Bu rayonda 4 nəfəri it dişlədi

Qaxda bir gündə ikisi azyaşlı olmaqla 4 nəfəri it dişləyib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, ötən gün axşam saatlarında rayonun Güllük kənd sakini, 4 yaşlı Rəşid Şahin oğlu Mirzəyev başın və üzün cırılmış-didilmiş yarası xəsarəti ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Müayinə zamanı məlum olub  ki, sahibsiz it R. Mirzəyevin yaşadığı evin həyətyanı sahəsinə soxularaq ona xəsarət yetirib. R. Mirzəyevə lazımi tibbi yardım göstərilib, quduzluğa qarşı peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb. 

Məlumatda bildirilir ki, fevralın 16-sı gün ərzində ikisi azyaşlı olmaqla dörd nəfər it dişləməsi xəsarəti ilə xəstəxanaya daxil olub. 

# 875
avatar

Oxşar yazılar