Gəncədə dəm qazından zəhərlənmə qeydə alınıb
17 fevral 2020 05:27 (UTC +04:00)

Gəncədə dəm qazından zəhərlənmə qeydə alınıb

 

Gəncədə qadın dəm qazından zəhərlənib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Cahangir Abdullayev küçəsində qeydə alınıb.

1985-ci il təvəllüdü Qurbanova Sevinc Həbib qızı yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib. 35 yaşlı qadın xəstəxanaya yerləşdirilib və ona lazımi tibbi yardım göstərilib

Hazırda vəziyyətinin kafi olduğu bildirilir.

# 885
avatar

Oxşar yazılar