1065
06:44
16 Fevral 2020

İndoneziya sahillərində 5,6 bal gücündə zəlzələ olub

İndoneziyanın Seram dənizi sahillərində 5.6 bal gücündə zəlzələ baş verib.

APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Avro-Aralıqdənizi Meteoroloji Mərkəzi məlumat yayıb.

Təbiət hadisəsi şənbə günü saat 23:00-da qeydə alınıb. Zəlzələnin episentri Qərbi Papua əyalətində yerləşən Soronq şəhərindən 272 km cənubda, 30 km dərinlikdə hiss edilib.

Ölənlər və dağıntı barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.