Rövzət Qasımov namizədlərdən şikayətləndi
15 fevral 2020 14:34 (UTC +04:00)

Rövzət Qasımov namizədlərdən şikayətləndi


"Bəzi namizədlərin seçilməməsi ilə bağlı emosiyalarını ifadə etmələrini təbii qəbul edirik".

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımov MSK-nın bu gün keçirilən iclasında deyib.

R. Qasımov bildirib ki, MSK hətta Mərkəzi Seçki Komissiyasının baxmalı olmadığı şikayətlərlə bağlı kifayət qədər iş görür: “Hüquqşünaslar və peşəkarlar yaxşı bilir ki, bir şikayətə iki komissiya tərəfindən baxıla bilməz. Namizədin şikayətinə birinci Dairə Seçki Komissiyasında baxılmalıdır. Yalnız bundan sonra DSK-nın qərarından namizəd narazı qalarsa, MSK həmin şəxsin müraciətinə baxacaq. Bunu bəzi namizədlər başa düşmür. Namizədlər DSK-ya ünvanlamalı olduğu şikayəti MSK-ya ünvanladığı üçün MSK ilkin mərhələdə bu şikayətləri DSK-lara göndərir”.

# 2404
avatar

Oxşar yazılar