617
11:33
15 Fevral 2020

Qarabağda erməni əsgər öldü


Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində qanunsuz dislokasiya olunmuş Ermənistan ordusunda ölüm faktı qeydə alınıb.

APA-nın "Sputnik" agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə cümə günü saat 19:00 radələrində qeydə alınıb.

Müqaviləli hərbi qulluqçu, 23 yaşlı Ayk Asryan naməlum şəraitdə odlu silahdan açılan atəş nəticəsində ölüb.

Hadisənin təfərrüatı məlum deyil.