1115
11:15
14 Fevral 2020

Magistraturaya sənəd qəbulu başa çatdı

Azərbaycanın ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına ərizə qəbulu başa çatıb.

Dövlət İmtahan Mərkəzindən Lent.az -a verilən məlumata görə, 15703 bakalavr elektron ərizəsini təsdiq edib.

Onlardan 14404-ü Azərbaycan, 1299-u rus bölməsi üzrədir.

Qeyd edək ki, magistraturaya qəbul imtahanı fevralın 23-də keçiriləcək.

Dİgər xəbərlər