1982
19:24
13 Fevral 2020

Dəhşətə gətirən OLAY: 40 günlük körpəsini bıçaqladı - FOTO

İstanbulda boşanmaq əsnasında olan ər 40 günlük qızını, həyat yoldaşını və ögey qızını bıçaqlayıb.

Lent.az bu barədə Türkiyənin “Sabah” qəzetinə istinadən xəbər verir.

Belə ki, 44 yaşlı Əminə Çakmataş boşanmaq istədiyi ikinci əri 40 yaşlı Mehmet Çakmataş, birinci həyat yoldaşından olan 24 yaşlı Özge Gökbayrak və 40 günlük körpəsi Esila ilə ilə bir evdə yaşayırmış. Daima həyat yoldaşından zorakılıq görən Ə.Çakmataş buna görə boşanmaq üçün məhkəməyə müraciət edib.

Yanvarın 21-də gecə evə gələn M.Çakmataş atasının şəklinin yerə düşdüyünü görüb və evdə mübahisə yaranıb. Evdən körpə qızını da qucağına alıb 24 yaşlı qızı ilə birgə qaçmağa çalışsa da, həyətdə əri tərəfindən çoxosaylı bıçaq zərbəsi alıb. Bunu görən qızı Özge anasının qucağından körpəni götürərək qaçmağa üz tutub. Ögey ata ona da çoxsaylı bıçaq zərbələri vurub. Zərbələrdən bir neçəsi 40 günlük Esilaya dəyib.

İstanbul Ovçular Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılan M.Çakmataş barəsində həbs-qətimkan tədbiri seçilib.