Kök salatını belə hazırlayın: Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi
13 fevral 2020 19:43 (UTC +04:00)

Kök salatını belə hazırlayın: Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi

Lent.az -ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.

Bu dəfə sizi sosial şəbəkədə Elmira Qadirova adı ilə tanınan səhifəyə istinadla kök salatının necə hazırlanması ilə tanış edəcəyik.

Tərkibi:

Kök -1 kiloqram

Qoz ləpəsi -100 qram

Sarımsaq - 2 diş

Şüyüd - 2 dəstə

Duz və istiot

Mayonez.

Hazırlanma qaydası:

Kökü azca bişirin. Sürtgəcdən keçirin.

Xırdalanmış qoz ləpəsi, xırda doğranmış şüyüd və əzilmiş sarımsaq əlavə edin.

Duz ve istiot vurduqdan sonra mayonez əlavə edib qarışdırın.

Bu salatı bişirilməmiş köklə də etmək olar.

Zövqə görə göy soğan da əlavə etmək mümkündür.

Nuş olsun!

 

 

 

 

 

 

# 5321
avatar

Oxşar yazılar