
Çindən təxliyə edilən azərbaycanlılarla bağlı YENİ XƏBƏR

“Çindən Türkiyəyə təxliyə edilən Azərbaycan vətəndaşları Ankarada Zekai Tahir Burak xəstəxanasında karantindədirlər”.
Bunu APA-nın yerli bürosuna açıqlamasında Azərbaycanın Türkiyədəki səfirliyinin mətbuat xidmətinin rəhbəri Elvin Süleymanlı deyib.
O bildirib ki, səfilik əməkdaşları hər gün mütəmadi olaraq Türkiyə Səhiyyə Nazirliyi və Zekai Tahir Burak adına xəstəxanasının baş həkimi ilə əlaqə saxlayırlar.
“Altı nəfər Azərbaycan vətəndaşının karantin müddəti fevralın 15-də başa çatır. Azərbaycan vətəndaşlarının səhhəti normaldır. Xəstəxanadan aldığımız məlumata görə, onlar cümə günü yenidən müayinə olunacaqlar və yenidən bəzi analiz nümunələri götürüləcək. Həkimlərin rəyindən və analiz nəticələrindən asılı olaraq, onların cümə və ya şənbə günü xəstəxanadan buraxılması gözlənilir”, - deyə E. Süleymanlı vurğulayıb.
Qeyd edək ki, Türkiyəyə məxsus ambulans-təyyarə yanvarın 31-də Çinin koronavirus yayılan Uhan şəhərinə yola düşüb. Fevralın 1-də təyyarə ilə ümumilikdə 42 nəfər təxliyə edilib ki, onlardan 32 nəfəri Türkiyə, 6 nəfəri Azərbaycan, digərləri isə Albaniya və Gürcüstan vətəndaşları olub.
Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib ki, Çinin Uhandan Türkiyəyə təxliyə edilən şəxslərdə koronavirus aşkarlanmayıb.
Təyyarənin ekipaj üzvləri və tibbi heyəti artıq evə buraxılıb.

Oxşar yazılar

Bakının əsas prospektində qəza: tıxac yarandı
19 yanvar 2021 , 19:10
"Lotu Quli"nin məzarı üstündə atışma: ölən var
19 yanvar 2021 , 18:35
Məşhur rektor vəfat etdi
19 yanvar 2021 , 16:48
Bakıda maşının vurduğu qadın öldü
19 yanvar 2021 , 12:18
Əmisini öldürüb evini yandıran sabiq polis hakim qarşısına çıxarılır
19 yanvar 2021 , 11:36
Polietilen torbalarla bağlı daha bir XƏBƏRDARLIQ - əks halda...
19 yanvar 2021 , 11:22
İnternetdə 168 kiloluq narkotik alveri - Xüsusi ƏMƏLİYYAT
19 yanvar 2021 , 10:56
Yol Polisindən sürücülərə müraciət
19 yanvar 2021 , 10:41