İçli köftənin hazırlanması: Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi
12 fevral 2020 15:57 (UTC +04:00)

İçli köftənin hazırlanması: Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi

Lent.az -ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.

Bu dəfə sizə sosial şəbəkədə “Azərbaycan mətbəxi” adı ilə yazılar paylaşan səhifəyə istinadən içli köftə hazırlanmasını təqdim edirik.

Tərkibi:

İçlik üçün lazım olan ərzaqlar;

400-500 qr dana və ya quzu qiymə

3-4 ədəd orta boy soğan

1-2 xörək qaşığı bibər tomatı
( zövqə görə tomat )

4-5 xörək qaşığı duru yağ

Ədvalar;

Duz, istiot, sarıkök, keşniş toxumu üyüdülmüş və qırmızı pul bibər (ədva seçimləri sevdiyinizi seçə bilərsiniz )

Doğranılmış bir dəstə cəfəri

Üzəri üçün lazım olan ərzaqlar;

2,5 stəkan köftəlik bulqur

3-4 xörək qaşığı bibər tomatı

1 stəkandan 3 barmaq əksik un

1-2 ədəd yumurta

2 ədəd orta boy bişmiş kartof əzməsi

Ədvalar;

duz, istiot və qırmızı pul bibər

2,5 stəkan isti su + az olarsa 0,5 stəkan da əlavə etmək olar. Hissə-hissə qızartmaq üçün bol duru yağ.

Hazırlanması;

Əvvəlcə soğanı xırda-xırda doğrayırıq. Ətlə bərabər vam odda qovururuq. Bu arada ədvalar, duru yağı və tomatını da qatıb qapağı qapalı vam odda suyu çəkilənə kimi bişiririk.
Altını söndürüb xırda doğranılmış cəfərini də əlavə edib qarışdırırıq. Bir kənara qoyub soyuduruq.
İçlik soyuyana qədər üzərinin bulqurunu hazırlayırıq.

Hazırlanması;

Bulguru dərin bir siniyə tökürük və üzərinə tomat və ədvaları əlavə edirik. Öncə 1,5 stəkan qaynar suyu üzərinə töküb qarışdırırıq və 10 dəqiqə islanmasını gözləyirik. Əlimizlə  10 dəqiqə  yoğururuq. Yumurtanı da üzərinə qırıb yenə 10 dəqiqə yoğururuq. Kartof əzməsini də əlavə edib kartofu tam bulqura yedirənə qədər yoğururuq.

Sonra hissə-hissə su və un əlavə edərək bulqur qarışımı diş məcunu kütləsinə gələnə qədər yoğururuq.

Hazır olan zaman əlimizi soyuq suya salıb bulqur qarışımından alma və ya yumurta böyüklüyündə yumrulayırıq, sonra uzunsov forma veririk. Baş barmaq və ya şəhadət barmağımızla içini oyuruq.
O boşluğa içlikdən yerləşdirib ağzını büzüb uzunsov köftə formasını veririk.

Hazırladıqca perqament kağzının üzərinə düzürük. Hamısı bitdikdən sonra bol günəbaxan yağında hər iki tərəfini qızardırıq.

Bunu qaynayan suda da bişirmək olar, amma yağda bişən daha dadlı olur.

Nuş olsun!

 

# 4197
avatar

Oxşar yazılar