12:09
12 Fevral 2020

İsgəndər Həmidovun son vəziyyəti AÇIQLANDI: "Ehtiyac olsaydı..."

Azərbaycanın keçmiş daxili işlər naziri İsgəndər Həmidovun vəziyyəti ağır olaraq qalır.

Bu barədə Lent.az -a məlumat verən professor Adil Qeybullanın sözlərinə görə, bu gün xəstə yenidən tomoqrafiya olunacaq: “Vəziyyəti ağır olaraq qalır. Müalicəsi davam etdirilir. Ötən şənbə günü Türkiyədən iki nəfər həkim - neyrocərrah və reanimatoloq gəldi, konsultasiya etdilər. Bizə lazımi tövsiyələr verdilər”.

A.Qeybullanın sözlərinə görə, İ.Həmidovun müalicə üçün başqa ölkələrə aparılması ehtimalı yoxdur: “Onun Türkiyə və ya başqa bir ölkənin xəstəxanasına köçürülməsi gözlənilmir. Ehtiyac olsaydı, türkiyəli həkimlər tövsiyə edərdilər”.

Dİgər xəbərlər