18:27
11 Fevral 2020

AXCP üzvünün saxlanılması iddiası təkzib olundu


“AXCP Yevlax rayon təşkilatının üzvü Hüseynzadə Nəsib Yusif oğlunun tərəfimizdən saxlanması və 9-cu polis bölməsinə aparılması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar əsassızdır”.

Bakı şəhər Baş Polis İdarəsi mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Lent.az -a bildirib ki, həmin məlumatlar qəti təkzib olunur: “Heç bir dəqiqləşdirmə aparmadan yayılıb, iddialar dezinformasiyadır”.

Dİgər xəbərlər