1505
12:18
11 Fevral 2020

Türkiyəli diplomatı öldürənlərdən ikisi edam olunacaq

İraqda türkiyəli diplomat Osman Kösə və iki iraqlının qətlə yetirilməsində təqsirləndirilən şəxslərin məhkəməsi başa çatıb.

APA-nın CNN TÜRK-ə istinadən verdiyi xəbərə görə, bu barədə vəkil Birzo Said məlumat verib.

O bildirib ki, Ərbil Məhkəməsində keçirilən iclasda təqsirləndirilən şəxslərdən 2-si barədə edam hökmü çıxarılıb.

Məhkəmənin hökmü ilə bir nəfər 1 il, yerdə qalan üç nəfər isə 2 il müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, türkiyəli diplomatlara hücum iyulun 17-də Ərbil restoranlarının birində baş verib. Nəticədə bir türkiyəli diplomat və 2 iraqlı həlak olub.