3432
10:31
10 Fevral 2020

"Parazitlər" “Oskar” aldı

Hollivudda “Dolbi” teatrında “Oskar – 2020” mükafatının təqdimetmə mərasimi keçirilib.

Lent.az Rambler.ru-ya istinadla xəbər verir ki, bu 92-ci “Oskar” təqdimetməsidir.

Bu dəfə “Ən yaxşı film” nominasiyasında mükafatı Cənubi Koreya dramı “Parazitlər” götürüb.

“Parazitlər” filmi ingilis dilində olmayan və “Oskar” alan ilk film oldu. Bu film həm də qısa müddətdə artıq dördüncü yüksək mükafatı qazanır.