477
14:04
09 Fevral 2020

Xələf Xələfov: "Keşikçidağ"la bağlı məsələni şişirdirdilər"


"Əvvəl müəyyən dairələr "Keşikçidağ"la bağlı məsələni kampaniya şəklində şişirdirdilər".

Bunu APA -ya açıqlamasında Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib.

O bildirib ki, ümumiyyətlə sərhədlərin delimitasiyası ilə bağlı bütün məsələlər stol arxasında həllini tapmalı, danışıqlar vasitəsilə həll olunmalıdır.

Nazir müavininin sözlərinə göre, bu məsələyə dövlət qurumlarının müvəkkil etdikləri, səlahiyyət verdikləri komissiyalar çərçivəsində baxılmalıdır.